Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”

Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
19 2024 09:07

“Biz çalışırıq ki, kanak xalqının məsumiyyətini qoruyaq. Lakin Fransanın apardığı siyasət kanak xalqının mədəniyyətini, mənəvi dəyərlərini qorumağa imkan vermir”.

“Report” xəbər verir ki, bunu Yeni Kaledoniya senatının üzvü Ludovik Bula “Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusuna həsr edilmiş konfransda çıxışı zamanı deyib.

“Azərbaycana bizə özümüzü ifadə etməyə imkan yaratdığı üçün təşəkkür edirəm. Azərbaycan bizim üçün böyük qardaş kimidir. Kanak xalqına göstərilən dəstək çox dəyərlidir və bu dəstəyi əsla unutmayacağıq”, - o vurğulayıb.


1 May 2024
Siyasət

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə nitq söyləyib - YENİLƏNİB + FOTO/VİDEO

Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.

1 May 2024
Siyasət

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib.

1 May 2024
Siyasət

Azərbaycan Özbəkistanla bir sıra sahələrdə əməkdaşlığı genişləndirəcək

Azərbaycanla Özbəkistan arasında hasilat, rəqəmsallaşma, turizm, infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinin imkanları müzakirə edilib.